USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Filmlərimiz Bolqarıstanın beynəlxalq film festivalında

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.

Qeyd edək ki, Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi də festivala dəvət alıb. Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.

ASAN Radio xəbər verir ki, filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Kinoalmanaxın beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.

“Qonşu qadın” filminin ssenari müəllifləri - İradə Bağırzadə və Anar Abbasov, quruluşçu rejissoru - Anar Abbasov, quruluşçu operatoru - Aleksey Şepilevdir. Baş rolları Gülzar Qurbanova və Cavanşir Hadıyev canlandırırlar.

“Kədərim” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Rüfət Həsənov, quruluşçu operatoru - Mixail Belkin, bəstəkarı - Roman Şulqadır. Baş rolları Roman Şulqa, Əli Nəsib və Teymur Nadir canlandırırlar.

“Yuxarıda və aşağıda” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Timur İsmailov, quruluşçu operatoru - Nadir Mehdiyev, bəstəkarı – Gökhan Ceylandır. Baş rolları Eyvaz Əliyev, Namiq Ağayev və Arzu Əhmədov canlandırırlar. “Yuxarıda və aşağıda” filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Cəfər Axundzadə, quruluşçu operatoru - Əlişir Həmidhocayev, bəstəkarı – Rüstəm Zeynallıdır. Baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov və Dilarə Kazımova canlandırırlar. Film Didor Beynəlxalq Film Festivalının müsabiqə proqramında iştirak edib.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və İradə Bağırzadədir (Adari films).

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!