USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: "Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 10-15 milyard dollara qədər artırmalıdır"

"Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılmasına dair danışıqlar aparılmayıb".

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Buna baxmayaraq, nazir gələcəkdə bu məsələ ətrafında Türkiyə tərəfi ilə danışıqların aparılmasını istisna etməyib.

Öz növbəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bu məsələ ilə bağlı bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iqtisadi qurumlara müvafiq təlimatları verib: "Artıq önəmli bir nöqtəyə gəlinib. Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Lazım olarsa, bu imtiyazlar sıfır səviyyəsinədək enməlidir. Hazırda ticarət dövriyyəmiz 3,5 milyard dollar civarındadır, bu göstəricini 10-15 milyard dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitin baş tutması hədəflənir. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu sadəcə Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir ki, onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranı qeyd etmək olar. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Bir daha xatırladıram ki, bununla bağlı həm Türkiyə, həm Azərbaycan prezidentinin müvafiq təlimatı var. Bu təlimatlara uyğun olaraq, hər iki ölkənin iqtisadiyyat nazirlikləri və mərkəzi bankları zəruri işlər həyata keçirəcək".

Türkiyəli nazir əlavə edib ki, ticarət dövriyyəsinin strukturunu nəzərə alaraq, hesablaşmaların tam olaraq milli valyutaya keçirilməsi qarşıda duran hədəf deyil.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!