USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əli Əhmədov: İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub

ASAN Radio xəbər verir ki, bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetində dərc olunmuş “Lider və onun ölkəsi” məqaləsində yer alıb.

Ə.Əhmədov qeyd edib: “2003-cü ilin prezident seçkiləri artıq müasir tariximizin 13 illik şərəfli səhifəsini təşkil edir. Tam məsuliyyətlə deyə bilərəm ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə, daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib. Səbəbləri haqqında mülahizələr yürütməyə başlasaq, yəqin ki, ilk növbədə Prezident İlham Əliyevin xalqın inamını, ümidini və etimadını ən yüksək səviyyədə doğrultduğunu göstərmək lazım gələr. İndi xalq ona həm ümummilli lider Heydər Əliyevin ən layiqli və ardıcıl varisi, həm də müdrik siyasətçi və dövlət xadimi kimi inanır, ümid edir, etimad göstərir".

Baş nazirin müavini bildirib ki, Azərbaycanın 13 illik şərəfli inkişaf tarixi, ölkəmizin həyatında baş verən fundamental dəyişikliklər Prezidentə bəslənən ümumxalq məhəbbətinin əsasını təşkil edən başlıca səbəblərdir:

"Onu da vurğulamaq yerinə düşər ki, Prezidentə xalqın inamı və etimadı öz növbəsində onun fəaliyyətinin uğurlarının mənəvi əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır və beləliklə də xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. 2016-cı ilin sentyabr ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum və onun nəticələri dövlət başçısına ölkə əhalisinin böyük inam və etimadının yeni təsdiqi kimi yadda qaldı".

Ə.Əhmədov əlavə edib: "Prezident İlham Əliyevin siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan siyasətçilərinin böyük çoxluğu yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş, Heydər Əliyevin ardıcılları kimi özünü təsdiqləmişdir. Bu mənada, Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib. Lakin Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli məna və mahiyyət parametrlərinə malikdir. İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. Səbəbi isə sadə və anlaşılandır: İlham Əliyev həm şəxsiyyət, həm də siyasətçi kimi Heydər Əliyev ideyalarının, dünyagörüşünün, siyasi davranış qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət adamının siyasi irsinin mahiyyətini və ruhunu onun qədər duya biləcək ikinci kimisə təsəvvür etmək mümkün deyil".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!