ASAN Radio prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli Prezident, əziz Qardaşım.
Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!