"Üç il bundan öncə Azərbaycan və İran arasında mövcud olan cüzi problemlər bu gün artıq öz həllini tapıb". ASAN Radio xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi söyləyib. Nazir, bu problemlərin həlli üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Mən bu problemlərin həlli üçün Azərbaycan tərəfinə təşəkkür edirəm. Bu gün bu problemlərin cüzi hissəsi qalıb və düşünürəm ki, bu problemlər də tez bir zamanda həll olunacaq".
Nazir qeyd edib ki, sözügedən problemlərdən biri də iki ölkənin bank sektorları arasındakı əməkdaşlıqla bağldır: "Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı tapşırığını verib. Tez bir zamanda iki ölkənin bank sektorunun nümayəndələri arasında görüş keçiriləcək. Hesab edirəm ki, bu problem də həllini tapacaq".
Onun sözlərinə görə, həllini gözləyən problemlərdən biri də dövlət rüsumları sahəsinə aiddir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!