USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik ediləcək

66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik ediləcək.

Bakıxanov qəsəbəsi, Ərəblinka adlanan ərazinin sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, 66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub.

ASAN Radio xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 nömrəli marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi (Ərəblinka yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.

M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov (Ərəblinka yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 nömrəli marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir.

Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xətlərindən istifadə edə bilərlər.

Həmçinin yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol-hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlanıdrmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi bildirir ki, 66 nömrəli marşrut xətti üzrə avtobuslar yanvarın 3-dən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazılığı olmayacağı halda, bu hərəkət sxemi təsdiq ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!