USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramiz Rövşənin 70 illik yubileyi qeyd edildi

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin layiqli nümayəndəsi, sevilən şair, nasir, kinodramaturq və tərcüməçi Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşəni təbrik etdi, onun Azərbaycan mədəniyyətində xidmətlərini vurğuladı, yubilyarı yaxından tanıdığına görə məmnunluğunu ifadə ediblər.

Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlamış, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışmışdır. Elə həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş “Babamızın babasının babası”, “Süd dişinin ağrısı”, “ Şəhərli biçinçilər, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt”, “Məkanın melodiyası” kimi bədii filmlər, “Mozalan” satirik kinojurnalı üçün yazılmış “Şəbih”, “Söyüdlünün su dərdi”, “Özbaşınalıq”, “Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, dərin mənada fəlsəfiliyi, insanları düşündürməsi ilə fərqlənir və onların hər biri kinomuza bəxş etdilmiş gözəl töhfələrdir.

O, həmçinin kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.

Bir neçə şeir kitablarının müəllifi olan Ramiz Rövşənin şeirləri tanrıya, vətənə, insana olan məhəbbətdən bəhs edir. Onun şeir və nəsr əsərləri tərcümə edilərək Böyük Britaniyada, Almaniyada, Fransada, Polşada, Türkiyədə, İranda çap olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!