Çempionlar Liqasında ⅛ final mərhələsi başa çatıb. Bu gecə son iki ¼ finalçı müəyyənləşib.
Artıq "Barselona" - "Arsenal" oyunu başa çatıb. Doğma meydan "Nou Kamp"da 3:1 hesablı qələbə qazanan "Barselona" adını qitənin ən güclü 8 komandası arasına yazdırıb.
Digər oyun isə "Bavariya" və "Yuventus" arasında keçirilir. Komandalar arasında Turində baş tutan matç 2:2 hesabı ilə yekunlaşmıqdı. Cavab oyunu da 2:2 yekunlaşdığından, qalib əlavə vaxtda müəyyənləşib. Burada "Bavariya" iki dəfə fərqlənərək 1/4 finala adlayan son komanda olub.
Bundan əvvəl "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Volfsburq" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Benfika" (Portuqaliya) və PSJ (Fransa) ¼ finala çıxıb.
Çempionlar Liqası, 1/8 final, cavab görüşləri
16 mart
Barselona (İspaniya) - Arsenal (İngitərə) 3:1
Qollar: Neymar, 18. Luis Suares, 65. Lionel Messi, 88 - Mohamed Elneni, 51.
İlk oyun - 2:0.
Bavariya (Almaniya) - Yuventus (İtaliya) 2:2
Qollar: Robert Levandovski, 73. Tomas Müller, 90+1 - Paul Poqba, 6. Xuan Quadrado, 28.
İlk oyun - 2:2.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!