USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbulda terror: 35 ölü, 40 yaralı - FOTOLAR / VİDEO

Yeni il gecəsi İstanbulda qanlı terror aktı törədilib.

ASAN Radio xəbər verir ki, şəhərin Ortaköy bölgəsində “Reina” adlı məşhur gecə klubuna silahlı basqın edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində “Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb. 

Həmin vaxt klubda əksəriyyəti gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 34 mülki vətəndaş öldürülüb, 40-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur. 

Hadisə yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.

Həlak olanların sayının artacağı istisna edilmir.  

Türkiyə KİV-ləri xəbər verir ki, terrorçular ərəbcə danışırmışlar və bu da qanlı aksiyanın İŞİD terror təşkilatı tərəfindən törədilməsi versiyasını gücləndirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!