USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nikahın bağlanması üçün tələb olunan sənədlər və dövlət rüsumu 

ASAN Radio xəbər verir ki, "ASAN xidmət" mərkəzlərində nikahın qeydə alınması üçün zəruri olan sənədlər bunlardır:

Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;

Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış;

Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;

Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı;

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı;

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Nikahın bağlanması prosesində iştirak etməli olan şəxslərin siyahısı:

Nikaha daxil olmağı arzu edən şəxslər;

Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

Dövlət rüsumunun məbləği:

Nikahın qeydə alınması üçün 5 manat dövlət rüsumu ödənilməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!