USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sürücülük vəsiqəsi hansı hallarda dəyişdirilməlidir və hansı sənədlər lazımdır?

ASAN Radio sürücülük vəsiqəsinin hansı hallarda dəyişdirilməsinin vacib olduğunu və bunun üçün hansı sənədlərin tələb olunduğunu açıqlayır.

Beləliklə, sürücülük vəsiqəsi sənədin etibarlıq müddəti bitdikdə, soyad, ad və ya ata adında dəyişiklik olduqda, yazılarda hər hansı səhv olduqda, yarasız hala düşdükdə dəyişdirilməlidir. Sürücülük vəsiqəsinin yeni nümunəsi Qanunla müəyyən edilmiş qaydada təsdiqlənərsə, sənəd yenisi ilə əvəz olunmalıdır. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumu 18 manatdır.

Sürücülük vəsiqəsini dəyişdirmək üçün:

Şəxsiyyət vəsiqəsi; 

Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış və hazırkı sürücülük vəsiqəsi tələb olunur.

Əgər sürücülük vəsiqəsi itibsə, bu  zaman yalnız sadalanan digər 3 sənədi təqdim etmək lazımdır. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumu 18 manatdır. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!