USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi qaydaları

Şəxsiyyət vəsiqəsinin 2 növü var:

1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;

2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

ASAN Radio xəbər verir ki, 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);

Doğum haqqında şəhadətnamə;

Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;

Yaşayış sahəsinə köçmək  üçün  əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına  alınması  haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə  müqaviləsi, vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);

Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.

16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:

Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);

Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə; 

Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə,  nikahın bağlanması haqqında   şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;

Yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);

Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);

2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);

Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!