20/09/2017 20:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0421 0.0293 0.4878


Mədəniyyət

Həddən artıq uyğunluq | YARAT Film Klub


06.01.2017   13:40


ASAN Radio xəbər verir ki, yanvarın 10-u saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414

 




Xəbər lenti

20 Sentyabr
19 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook