USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərində nikahın pozulması qaydaları

ASAN Radio xəbər verir ki, "ASAN xidmət" mərkəzlərində nikahın pozulmasının qeydə alınması üçün zəruri olan sənədlərin siyahısı aşağıdakı kimidir:

1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi;

2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

3. Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:

-  ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

-  ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

4.   Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;

5.   Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

6.  Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

7.  Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə;

8.   Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

İştirak etməli olan şəxslərin siyahısı:

Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi;

Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad;

Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və  arvad (birlikdə və ya ayrılıqda);

Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu;

Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun (haqqın) məbləği:

1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 15 manat;

2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 15 manat;

3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə – 2 manat dövlət rüsumu ödənilməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!