USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bəstəkar Elza İbrahimovanın doğum günüdür

10 yanvar bəstəkar Elza İbrahimovanın doğum günüdür. Elza İbrahimova 1938-ci ildə anadan olub. 

ASAN Radio xəbər verir ki, Bakıda 8 saylı musiqi məktəbində, daha sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində təhsil alan Elza İbrahimova 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirir.

Onun ilk bəstəsi Məmməd Rahimin sözlərinə bəstələnmiş və Şövkət Ələkbərovanın ifa etdiyi "Yalan ha deyil" mahnısıdır. Elza İbrahimova Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biridir. Onun "Qurban verərdim", “Sən yadıma düşəndə”, “Gecələr bulaq başı”, “Gəl barışaq”, “Bağışla”, “Səslə məni”, “Ey Vətən”, “Gedək Üzü Küləyə”, “Bilməzdim” və başqa mahnları Azərbaycan musiqisinin incilərindən hesab olunur.

Bəstəkar Elza İbrahimova 2012-ci il fevralın 11-də vəfat edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!