USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərində adın, ata adının və soyadının dəyişdirilməsi QAYDALARI

ASAN Radio xəbər verir ki, "ASAN xidmət" mərkəzlərində adın, ata adının və soyadının dəyişdirilməsinin qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;

Ərizə verən şəxs nikahdadırsa, bu haqda şəhadətnamə;

Ərizə verən şəxsin nikahı pozulubsa, bu haqda şəhadətnamə;

Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunan surəti;

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilən surəti;

Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

İştirak etməli olan şəxslərin siyahısı:

Uşaq 18 yaşına çatanadək onun valideynləri;

Ərizə verən şəxsin özü;

Notariat qaydasında təsdiq olunan etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!