USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Soyuq hava Azərbaycana gələcək

"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var".

ASAN Radionun xəbərinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub.

Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: “Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!