USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Şəhər Halqası ilə ASAN Radio arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 10-da Formula 1-in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə ASAN Radio arasında informasiya və digər əlaqəli sahələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

ASAN Radio xəbər verir ki, memorandumu BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ASAN Radionun direktoru Emin Musavi imzalayıblar. Tərəflər ölkə ictimaiyyətinin Azərbaycanda keçirilən Formula 1 yarışı haqqında məlumatlandırılması istiqamətində tərəfdaşlıq qurmaqdan böyük məmnunluğunu bildiriblər.

BŞH-nin sözçüsü Nigar Arpadarai ASAN Radio ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib: “Bu gün biz “ASAN xidmət”lə olan əməkdaşlığımızı daha da genişləndiririk. Bu xidmətin tərkibində fəaliyyət göstərən “ASAN Radio” ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda baş tutacaq ikinci Formula 1 yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan yaradacaq. İnanıram ki, biz qarşılıqlı əməkdaşlıqla Azərbaycanda Formula 1 mədəniyyətinin yüksək səviyyədə formalaşmasına nail ola biləcəyik”.

ASAN Radionun direktoru Emin Musavi: “ASAN Radio” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlığa başlamaqdan qürur hissi keçirir və bunun çox böyük məsuliyyət olduğunu anlayır. Bu memorandumla “ASAN Radio” mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusunu qazanır. 2016-cı ildə Bakıda keçirilən “Formula 1 “ yarışında “ASAN Radio” çox fəal iştirak edib. Bundan əlavə, xüsusi vurğulamaq istərdim ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla “ASAN Radio” Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq”.

Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq.

Bundan başqa, ASAN Radio BŞH-nin keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və 2017 Formula 1 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.

Eyni zamanda tərəflər operativ və sürətli əlaqənin qurulması məqsədi ilə əlaqədar şəxslərin müəyyən edilməsi sahəsində də birgə fəaliyyət göstərəcəklər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!