28/07/2017 04:48

Valyuta USD EUR RUB TRY
Kurs 1.7010 1.9984 0.0286 0.4823


Rəsmi

Naxçıvanda FHN-nin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib


11.01.2017   14:01


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib. ASAN Radio xəbər verir ki, dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.










ASAN Radio telefonunuzda
Facebook