ASAN Radio şəxsiyyat vəsiqəsinin dəyişdirilmə vaxtı, səbəbləri və cərimələr haqqında məlumat verir.
Şəxsiyyət vəsiqəsinin 2 növü var:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqələri, qanunvericiliyin tələbinə əsasən mütləq digər növ şəxsiyyət vəsiqəsinə, yəni 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsinə dəyişdirilməlidir. Çünki artıq 16 yaş tamam olduqdan sonra ilkin 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab olunur.
16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində fotoşəkil, boyu haqqında məlumat, gözün rəngi, hərbi vəzifəsi, ailə vəziyyəti kimi məlumatlar olmur. Həmin vəsiqədə vətəndaşın adı soyadı və ata adı, doğum tarixi, doğum yeri, qeydiyyat ünvanı, qan qrupu və hər iki valideyninin adı, soyadı göstərilir.
16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə vətəndaşın adı soyadı və ata adı, doğum tarixi, doğum yeri, qeydiyyat ünvanı, qan qrupu, fotoşəkil, boyu haqqında məlumat, gözün rəngi, hərbi vəzifəsi kimi məlumatlar göstərilir.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 565-ci maddəsinə əsasən vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!