28/02/2017 09:56

Valyuta USD EUR RUB TRY
Kurs 1.7475 1.8490 0.0303 0.4888


Mədəniyyət

Həddən artıq uyğunluq | YARAT Film Klub


11.01.2017   17:26


ASAN Radio xəbər verir ki, 10 yanvar tarixində YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçirilib. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə filmin yaradıcı heyəti iştirak edib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

 




Xəbər lenti

28 Fevral
27 Fevral







ASAN Radio telefonunuzda
Facebook