USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vergilər Nazirliyi və ABA banklara verilən möhlətlə bağlı birgə bəyanat yaydı

Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) vergi qanunvericiliyinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı banklara verilən möhlət məsələsinə birgə münasibət bildirib.

ABA-dan ASAN Radioya verilən məlumata görə, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2017-ci il 1 yanvar tarixindən etibarən qüvvədədir və burada nəzərdə tutulan vergilər bu tarixdən etibarən hesablanmalıdır: "Bu məqsədlə elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı  texniki məsələlərin həll edilməsi istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında sıx şəkildə əməkdaşlıq edilir. Banklar tərəfindən qısa müddət ərzində qanunvericiliklə müəyyən olunmuş vergilərin hesablanması ilə bağlı müvafiq texniki məsələlər həll edildikdən sonra vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan iş və xidmətlərə görə onlara aparılan ödəmələr və qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə pul vəsaitlərinin köçürülməsi üzrə əməliyyatlar təhlil ediləcək, qanunla müəyyən olunmuş qaydada vergilərə cəlb edilməmiş əməliyyatlar üzrə vergilərin tam məbləğdə hesablanması və dövlət büdcəsinə ödənilməsi, habelə qanunla müəyyən olunmuş qaydada vergilərin hesablanması nəzərdə tutulmayan əməliyyatlar üzrə tutulmuş vergilər üzrə alıcılarla (müştərilərlə) yenidən haqq-hesab edilməsi təmin ediləcəkdir".

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!