19/01/2017 06:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.8045 1.9302 0.0304 0.4790


İdmandasan

Bakının “Neftçi” klubu Antalyada Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb


12.01.2017   11:06


Bakının “Neftçi” futbol klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

ASAN Radio xəbər verir ki, komandamız Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.

“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 0:1 hesabı ilə məğlub olub. Çoxsaylı hücumları boşa vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb.

Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli “Sivasspor” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.








ASAN Radio telefonunuzda
Facebook