USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ənvər Əblucun yubiley tədbiri keçirilib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin – Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Bu barədə ASAN Radioya Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı neçə-neçə filmə quruluş verib. Onun “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Tərsinə çevrilmiş dünya” kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda “Mozalan” satirik kinojurnalının bir neçə süjeti, “Körpü” sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir. Onun yaratdığı filmlərin hər biri yeni söz, yeni ifadə, yeni baxış, milli kinomuza bəxş etdirilmiş gözəl töhfələrdir.

Ənvər Əbluc, məharətlə səsləndirdiyi “Tehran - 43”, “Şeytan göz qabağında”, “Sibiriada”, “Firəngiz” və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.

Onun bir pedoqoq kimi yetişdirdiyi gənclərin bu gün qazandıqları uğurlar fəxr ediləsidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!