22/08/2017 16:57

Valyuta USD EUR RUB TRY
Kurs 1.7008 1.9988 0.0288 0.4835


Dövlət qurumları

Monitorinq baş tutdu


12.01.2017   14:08


Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq baş tutub.

Müdafiə Nazirliyindən ASAN Radioya  verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçiriblər.




Xəbər lenti

22 Avqust







ASAN Radio telefonunuzda
Facebook