USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ANONS: Fəvvarələr Meydanında aztəminatlı ailələrdən ağır xəstə və ehtiyacı olan uşaqlara yardım yığılır

ASAN Radio xəbər verir ki, Fəvvarələr Meydanında "Nargiz Fond"unun təşəbbüsü  və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkası davam edir. Tədbirin əsas məqsədi – aztəminatlı ailələrdən ağır xəstə olan uşaqlara yardım təşkil etməkdir. Bu il tədbir daha geniş formatda keçirilir və 2017-ci ilin 15 yanvar tarixinə kimi davam edəcək.

"Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkası çərçivəsində bir çox maraqlı aksiyalar keçirilib. Onlardan biri – “Rahat evcik” aksiyasıdır. Aksiya zamanı Yarmarka təşkilatçıları və sponsorlarının nümayəndələri xüsusi hazırlanmış evcikləri  özlərinə məxsus şəkildə rəngləyirdilər. Nəticədə, sözün əsl mənasında, sənət əsərləri yaradılıb. 15 yanvar tarixində həmin evciklər hərrac vasitəsi ilə satışa çıxarılacaq. Hərracdan yığılan vəsait ehtiyacı olan uşaqlara yardım etmək üçün Nargis fonda təqdim olunacaq. Yarmarka ziyarətçilərini hərracda iştirak etməyə dəvət edirik. Gəlin, həmrəlik və mərhəmətimizi nümayiş etdirərək, balaca dostlarımıza yardım edək!

ASAN Radio "Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkasının əsas radio partnyorudur.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!