USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət"də hazırlanan sənədləriniz ünvanınıza çatdırıla bilər

ASAN Radio xəbər verir ki, 1, 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzlərində hazır şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportları, hüquqi və fiziki şəxslərə dövlət arxiv fondunun sənədləri əsasında arxiv arayışları və fiziki şəxslərin vergi uçotuna və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə hazır sənədlərin ünvanlara çatdırılması xidmətindən yararlana bilərsiniz.

Sifarişin qaydası

“ASAN xidmət” mərkəzinə müraciət etməklə:

Bu zaman vətəndaş mərkəzdə fəaliyyət göstərən xidmətə müraciət edərək müvafiq ərizə-anketi doldurur, xidmət üçün müəyyən olunan xidmət haqqını ödəyir və sənəd hazır olan gün vətəndaşın ünvanına çatdırılır.

108 “Çağrı” mərkəzinə zəng etməklə:

Sifariş dəqiqləşdirildikdən sonra nümayəndə vətəndaşın olduğu ünvana yaxınlaşır, ərizə-anket forması vətəndaş tərəfindən imzalanır və xidmət haqqı qəbz əsasında xidmət göstərən nümayəndəyə ödənilir. Sənəd hazır olan gün vətəndaşın ünvanına çatdırılır.

Qeyd 1:

Xidmət 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Qeyd 2

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin verilməsi haqqında hazır sənədin  ünvana çatdırılması 1 şəxsin sənədi üçün xidmət haqqı zonaya və seçdiyi çatdırılma növünə görə 10 manat təyin edilmişdirsə, digər hər şəxsin sənədləri üçün 5 manat əlavə olunur. 

Qeyd 3

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması xidmətləri kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cu il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün ödənişsiz həyata keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!