USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Anar Məmmədxanovun kitabları AMEA Kitabxanasına hədiyyə edildi

ASAN Radio xəbər verir ki, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri Nahidə Məmmədxanova tərəfindən Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edilib.

İctimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üç çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib. Kitab oxucu ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.

Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. MEK oxucuları kitablardan istifadə edə bilərlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!