USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxt yolları bağlanır

Novruz bayramı tədbirlərinin keçirilməsi ilə paytaxtın bir sıra yolları bağlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, mərkəzə yaxın, bayram tədbirləri keçirilən ərazidə olan bir çox yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

V.Əsədov bildirib ki, bayramla bağlı olaraq Babək prospektinin Yusif Səfərov küçəsindən hava limanı, Nərimanov, Gənclik stansiyası istiqamətində, həmçinin Y.Səfərov Afiəddin Cəlilov küçələrinin kəsişmələrindən yalnız 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov Cavanşir körpüsü kəsişməsindən yalnız geriyə - 10-cu zavod dairəsinə, Yusif Səfərov 28 May küçəsindən yalnız düz - Rəşid Behbudov küçəsi istiqamətində, həmçinin Bakı-Salyan yolunun 14-cü km-dən ancaq sola - 3-cü Dairəvi yolla, eyni zamanda Bayıl qəsəbəsindən Bayraq Meydanı istiqamətində, Xanlar küçəsi iə Fəxri Xiyaban, Mehdi Hüseyn, ümumiyyətlə Badamdar qəsəbəsi istiqamətində, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşviq küçəsi, Qurd qapısı istiqamətində, Neftçilər prospektində kəsişən Bülbül, Səməd Vurğun, Rəşid Behbudov və digər küçələrdə hərəkət məhdudlaşdırılıb və istiqamət dəyişdirilib. Bu da bayram tədbirlərinə qatılmaq istəyənlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!