USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalara yoluxanların sayını açıqladı

Bu il Azərbaycanda kəskin respirator infeksiyalara yoluxanların sayı ötən ilin yanvar-fevral aylarına nisbətən 2 dəfə azdır.

Bunu Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-fevral aylarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət daha kəskin idi:

“Keçən il xəstələnmə halları bu ildəkindən 2 dəfə çox idi. Amma indi ötən ilin yanvar-fevral aylarına nisbətən azalma var. Laborator müayinələr zamanı da xəstələrdə bir o qədər viruslar aşkarlanmır. Xəstələrin əksəriyyəti xəstəliyi yüngül keçirir. Ağırlaşma o zaman olur ki, xəstə yataq rejiminə riayət etmir, həkimə müraciət etmir, kiminsə məsləhəti ilə dərmanlar qəbul edir, yəni düzgün müalicə olunmur. Belə hallarda insanlarda bronxit əlamətləri müşahidə edilir və digər ağırlaşmalar olur. Ancaq xəstə ilkin əlamətləri görən kimi həkimə müraciət edirsə, o, xəstəliyi çox yüngül keçirir. Eyni zamanda, ətrafdakıların da xəstəliyə yoluxmasının qarşısı alınır".

A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümündə müayinə üçün 265 material götürülüb. Onların 5-də paraqrip, 6-da Adena virus, yəni kəskin respirator virus infeksiyaları, 2 nəfərdə isə qrip aşkar olunub.

RGEM rəsmisi əlavə edib ki, bu payız-qış mövsümündə qeydə alınan kəskin respirator virus infeksiyaları epidemik həddi keçməyib. Yəni, hazırda ölkədə kəskin respirator infeksiyalara yolxuma səviyyəsi mövsümə uyğundur.

A.Əliyeva qeyd edib ki, hazırda xəstələnmə halları epidemik həddən iki dəfədən çox aşağıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!