USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Piyadalara qarşı sərt addım

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən piyadalarla bağlı sərt addım atıb. 

ASAN Radio avtosfer.az-ə istinadən bildirir ki, DYP yazılmış protokollar üzrə aylarla cərimə ödəməyən piyadalarla bağlı materialları aidiyyəti üzrə rayon məhkəmələrinə göndərib.

Məhkəmələr tərəfindən həmin işlərə baxıldıqdan sonra icraçılar cərimələrin ödənilməsini təmin edəcəklər. Bunun üçün icra məmurları piyadaların yaşadığı ünvanlara gələcəklər. İlk növbədə cərimənin ödənilməsi tələb olunacaq. Bunu etməyən piyadanın hər hansı əmlakına həbs qoyulacaq. Ola bilər ki, cəriməni ödəməyən piyadanın mobil telefonu, hansısa qiymətli ev əşyası məhkəmə icraçıları tərəfindən müsadirə edilərək hərraca çıxarılsın.

Baş Dövlət Yol Polisi İdarəsindən piyadalarla bağlı materialların məhkəmələrə göndərilməsi xəbərini sayta təsdiq ediblər. Bildirilib ki, aparılan təhlillərə əsasən, illərlə cərimə ödəməyən piyadalar var. Hətta elələri var ki, il ərzində 6-7 dəfə qayda pozaraq cərimə olunsa da, cəriməni ödəməyib.

Bütün bunları nəzərə alan DYP həmin şəxslərlə bağlı materialları məhkəmələrə göndərib. Gələcəkdə isə başqa addımların da atılacağı gözlənilir. Məsələn, cəriməni 3 aydan artıq ödəməyən piyada ölkəni tərk edə bilməyəcək. Cərimələr onların maaşından tutulacaq və ya banklardan kredit götürə bilməyəcəklər. Hazırda bu istiqamətdə müxtəlif mexanizmlər hazırlanır.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!