USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda marşrut xəttinin hərəkət istiqaməti dəyişir

"Azərsu" ASC-nin Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsi küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ASAN Radioya verilən məlumata görə, təmir işləri ilə əlaqədar, yanvarın 23-dən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib.

Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət xüsusi nəqliyyat vasitələri ayırıb.

Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!