USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aktyor evində absurd “Stullar” - FOTOLAR

ASAN Radio xəbər verir ki, Teatr xadimləri İttifaqında rumın dramaturqu Ejen İoneskonun “Stullar” absurd tamaşası təqdim olunub.

İttifaqın sədri, xalq artisti Azərpaşa Nemətovun rəhbərliyi ilə rejissor İlkin Mehdiyevin quruluş verdiyi absurd tamaşada rolları Respublikanın xalq artistləri Akademik Milli Dram Teatrının aktyorları Həmidə Ömərova, Rafiq Əzimov və Hacı İsmayılov ifa ediblər.

Qeyd edək ki, obrazları və hadisələri daha çox yuxu kimi təsvir edən, özünəməxsus dramaturgiyası ilə dünya ədəbiyyatının incilərindən hesab olunan Ejen İonesko uzun illər öz ölkəsində oxucular tərəfindən çox istedadsız dramaturq kimi tanınıb.

İllər sonra onun əsərlərinin mahiyyəti oxucular tərəfindən dərk edildikcə o, absurd teatrının ən məhşur nümayəndələrindən birinə çevrilib. Jan Pol Sartrın fikrincə, İonesko teatrını insanlığın danışmaq arzusu hesab etmək olar.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!