USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan Dəmir Yolları” İslam İnkişaf Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ASAN Radio “Azərbaycan Dəmir Yolları” QSC-nə istinadən xəbər verir ki, görüşdə son dövrlər Azərbaycan dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib.

Cavid Qurbanov artıq qlobal əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!