USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazirin müavini icbari tibbi sığortanın tətbiqi ilə maraqlanıb

Bu gün Baş nazirin müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı Yevlax rayonuna və Mingəçevir şəhərinə səfər edib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan ASAN Radioya verilən məlumata görə, Ə.Əhmədov Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mövcud infrastrukturu, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni alınan tibbi avadanlıqlar ilə tanış olub, Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibb personalı ilə görüşüb.

Ə.Əhmədov bildirib ki, Yevlax və Mingəçevirin pilot ərazilər olaraq seçilməsi təsadüfi deyil: "Belə ki, hər iki ərazidə Prezidentin tapşırığına əsasən, həyata keçirilən tədbirlər nəticəsində səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb, yeni xəstəxanalar tikilib, lazımi infrastruktur işləri həyata keçirilib. İndi isə qarşımızda duran məqsəd icbari tibbi sığortanın tətbiq olunmasıdır".

Baş nazirin müavini deyib ki, Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələrin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib.

Ə.Əhmədov qeyd edib ki, bütün dünyada səhiyyə sistemi icbari tibbi sığorta əsasında maliyyələşdirilir: "Bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır".

Baş nazir müavini dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyətini vurğulayaraq, dövlət tərəfindən səhiyyənin maliyyələşməsi üçün əhəmiyyətli vəsait ayrıldığını, səhiyyənin maliyyələşməsinin yeni formasını tətbiq etməklə bu vəsaitlərin daha səmərəli istifadə olunmasının və ayrılan vəsaitlə vətəndaşlara daha yüksək səhiyyə xidmətlərinin göstərilməsinin əsas hədəflərdən biri olduğunu bildirib.

Tədbirlərdə Agentliyin direktoru Zaur Əliyevin 2017-ci ildə pilot ərazilərdə görüləcək işlər barədə məlumatları dinlənilib, Agentliyin direktoru bu qurumun tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsinin həyata keçirilməsi, sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Ə.Əhmədov pilot layihənin tətbiqinin uğurla həyata keçirilməsi üçün bütün lazımi addımların atılacağını qeyd edib, yerli icra orqanlarına və digər aidiyyatı qurumlara bu işlərə dəstəyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!