USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IX sinfin buraxılış imtahanlarında iştirak etməyən şagirdlərə attestat verilməyəcək

2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək. ASAN Radionun APA-ya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib ki, təsdiq olunmuş yeni qaydalara əsasən IX sinifdə buraxılış imtahanı II mərhələdə təşkil olunacaq.

O bildirib ki, I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq və 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək: "Bundan əlavə, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan seşməklə könüllülük əsasında esse yazırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı test təqdim olunur. I mərhələdə 30, ll mərhələdə 70 bal toplamaq lazımdır. Buraxılış imtahanının I mərhələsində imtahan vaxtı 2 saat 30 dəqiqə, tapşırıqların yerinə yetirilməsinə 2 saat, essenin yazılmasına 30 dəqiqə ayrılır. Il mərhələdə imtahan vaxtı 1 saat 30 dəqiqədir".

A. Batıyeva qeyd edib ki, buraxılış imtahanında iştirak etməyən şagirdlərə attestat verilməyəcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!