USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
400 ev təhlükədədir

Torpaq sürüşməsi Şamaxının Mədrəsə qəsəbəsində problemlər yaradıb.

ASAN Radio APA-ya istinadən xəbər verir ki, son günlər qəsəbədə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. 460 təsərrüfat üzrə 2400 nəfərin yaşadığı Muğanlı qəsəbəsində torpaq sürüşməsi nəticəsində 150-dən çox evdə irili-xırdalı çatlar əmələ gəlib. İki ev tamamilə yararsız hala düşdüyündən sakinlər kompensasiya alaraq evlərini tərk ediblər. Hazırda isə 7 ev qəzalı vəziyyətdədir.

Sürüşmə nəticəsində sakinlərə məxsus həyətyanı sahələr və əkinə yararlı pay torpaqları, meyvə bağları, ümumilikdə 100 hektar torpaq sahəsi çökmə səbəbindən yararsız hala düşüb. Son günlər daha bir ev tamamilə yararsız hala düşdüyü üçün ailə çıxılmaz vəziyyətdə qalıb. Sakinlərin sözlərinə görə, son günlər havanın günəşli keçməsinə baxmayaraq, torpaq sürüşməsi yenə də davam edir.

Şamaxı rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib. Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.

Torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı, Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Bu səbəbdən avtomobillərin hərəkəti çətinləşib. Torpaq sürüşməsi zamanı bu yolun bir hissəsinin çökməsi rayonun 4 kəndinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsini çətinləşdirir. 

Hər gün avtomobillərin intensiv hərəkət etdiyi bu yol torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb. Sürücülərin sözlərinə görə, torpaq sürüşməsi baş verən ərazidə hər gün aktivlik müşahidə olunur və yol getdikcə daralır. Yolun sağ kənarındakı dağdan torpaq qatı sürüşərək yolun hərəkət zolağına tökülür, yolun sol tərəfindəki torpaq qatı isə sürüşərək dərəyə tökülür, nəticədə avtomobillərin gediş-gəlişinə maneə yaranır. 

Yerli sakinlərin sözlərinə görə, enişli-yoxuşlu bu yolda yaranan çatlar hər gün böyüyür. Sürüşmənin qarşısının alınması üçün ərazidə əsaslı bərpa və bərkitmə işlərinin aparılmasına ehtiyac var. Əks halda sürüşmə sahəsinin ərazisi daha da artaraq, yola xeyli ziyan vuracaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!