USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbulda terror aktı- YENİLƏNİB

ASAN Radionun Türkiyədə olan əməkdaşlarının verdiyi ən son məlumata görə Türkiyənin Səhiyyə Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Taksim meydanı yaxınlığında törədilən partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Xəstəxanalara yerləşdirilmiş 36 yaralıdan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır.

***

 

ASAN Radionun Türkiyədə olan əməkdaşlarının verdiyi məlumata görə  terror aktı nəticəsində ölü sayı 5 nəfərə çatıb. 20 yaralı var, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Əməkdaşımız terrorun canlı bomba tərəfindən törədildiyini bildirdi.

****

 

Türkiyənin İstanbul şəhərindən partlayış baş verib.

Trend-in “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayış şəhərin məşhur İstiqlal prospektində qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!