USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fernando Alonso qəzaya düşdü

Formula 1 üzrə Avstraliya Qran Prisinin 18-ci dövrəsində ciddi qəza baş verib.

Yürüş qırmızı bayraqlarla dayandırılıb.

“Maklaren” pilotu, ispaniyalı Fernando Alonso “Zauber”dəki həmkarı, meksikalı Esteban Qutyerresi ötməyə çalışarkən, öz avtomobilini əzib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Alonsonun özü zədələnməyib.

Yürüşə nəzarət edən şəxslər qəzanın nəticələrinin aradan qaldırılması üçün Qran Prini qırmızı bayraqlarla dayandırmağı qərara alıblar. Bir müddət sonra yürüş bərpa olunub. Hazırda “Ferrari” pilosu Sebastyan Fettel irəlidədir.

Qeyd edək ki, Fernando Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiridir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!