USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”də “Azərsu” ASC-nin xidmət bölmələrinə 26565 müraciət edilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2016-cı ildə ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, 2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26565 müraciət edilib. Müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı 2138 müraciət daxil olub. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. “Azərsu” ASC-nin müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10013, 2015-ci ildə 17108 və 2016-cı ildə 26565 olmaqla, ümumilikdə 53686 müraciət daxil olub. Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki  “ASAN xidmət”  mərkəzlərində təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!