22/08/2017 17:03

Valyuta USD EUR RUB TRY
Kurs 1.7008 1.9988 0.0288 0.4835


Dövlət xidmətləri

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi vaxt bilindi


24.01.2017   07:51


Sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın aylarda başlanacaq.

ASAN Radionun məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq “Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlərin qəbuluna da o vaxtdan başlanacaq. Buna qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilər.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.

Bundan başqa məlumat verilir ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.

Məlumatda deyilir: “Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq”.

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial evlərin tikintisi nəzərdə tutulur.




Xəbər lenti

22 Avqust







ASAN Radio telefonunuzda
Facebook