24/06/2017 07:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8999 0.0285 0.4850


Dövlət xidmətləri

"ASAN xidmət" mərkəzlərində bu ilin yanvarın 1-dək sahibkarlara 3382 lisenziya verilib


24.01.2017   16:08


İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 3382 lisenziya verilib.

ASAN Radio xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı keçirdiyi geniş kollegiya iclasında deyib.

"Bunun 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar, əsasən, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib", - deyə nazir diqqətə çatdırıb.

Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildə cəmi 60 yoxlama keçirilib, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.




Xəbər lenti

23 İyun







ASAN Radio telefonunuzda
Facebook