USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Made in Azerbaijan” brendi ilə təşviqə yardım məqsədilə kurslar keçirilir

Standartlaşdırma, Metrologiya va Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizasi Mərkəzi (AzPatent) Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafına dair verdiyi fərman və sərəncamları rəhbər tutaraq, ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsı, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlərə inteqrasiya” mövzusunda təlim kursları təşkil edir.

Qurumdan ASAN Radioya bildirilib ki, təlim kurslarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək. Kurslar mütəmadi təşkil olunur və ödənişli əsaslarlla həyata keçirilir. Təlim kurslarının yekununda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.

Kurslarda iştirak etmək istəyən şəxslər “AzPatent”in Təlim Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53. Xarici İşlər Nazirliyinin arxası) həftənin I-V günləri saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!