USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtaliyada “Trans-Adriatik” qaz boru kəməri layihəsi müzakirə edilib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin cari vəziyyəti İtaliyanın iqtisadi inkişaf nazirinin müşaviri Mauro Battokki və həmin nazirliyin Təchizatın və enerji infrastrukturlarının təhlükəsizliyi baş idarəsinin baş direktoru Cilberto Dialuçe ilə müzakirə edilib. ASAN Radio Energetika Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin iştirakı ilə baş tutan görüşdə zeytun ağaclarının köçürülməsi ilə bağlı irəliləyişlərin olduğu aydınlaşıb. Müvafiq icazənin bu günlərdə Puliya regionunun fitosanitar nəzarəti həyata keçirən qurumu tərəfindən veriləcəyi gözlənilir. Məhz bundan sonra ərazidən zeytun ağaclarının köçürülməsinə başlanacaq.

Layihə üzrə nəzərdə tutulan digər fazalarla bağlı icazələrin vaxtında əldə edilməsi üçün işlər davam etdirilir. Bildirilib ki, İtaliyanın Ətraf Mühit Məcəlləsinə yeni bir maddənin daxil edilməsi üzərində iş aparılır. Bu dəyişikliyə görə, dövlət və milli əhəmiyyətli layihələr üzrə dekretlərin verilməsi məsələsində regional strukturlar tərəfindən maneələr yarandığı təqdirdə bu səlahiyyətlər dərhal Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyinə keçəcək. Bu dəyişikliyin cari ilin may-iyun aylarında qüvvəyə minəcəyi gözlənilir.

Bundan başqa, TAP kəmərinin Milli Paylaşdırıcı Şəbəkəyə birləşdirilməsini təmin edəcək və SNAM şirkəti tərəfindən çəkiləcək San Fokadan Brindiziyə qədər olan kəmərlə bağlı icazələr üçün də Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyi ilə danışıqlar aparılır.

O da məlum olub ki, Puliya regionu tərəfindən TAP layihəsi ilə bağlı vahid icazə sənədi verilərkən regionun maraqlarının nəzərə alınmadığı iddiası ilə Dövlət Şurasına müraciət edilib. Bildirilib ki, iddia əsassız olduğu üçün böyük ehtimalla Dövlət Şurası tərəfindən təmin edilməyəcək və bundan sonra müraciət etməyə yuxarı məhkəmə instansiyası yoxdur.

Görüşdə həmçinin 23 fevral 2017-ci il tarixində Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın iştirakının vacibliyi də müzakirə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!