USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərinə gəlmədən onlayn növbəni tutmaq QAYDALARI

ASAN Radio xəbər verir ki, "ASAN xidmət" mərkəzlərinə gəlməzdən əvvəl onlayn qaydada növbə tutmaq istəyirsinizsə, asan.gov.az ünvanından istifadə edə bilərsiniz.

Əvvəlcə "Onlayn növbə" bölməsini seçməlisiniz.

Açılan pəncərədə "ASAN xidmət" mərkəzlərində təqdim olunan xidmətlərin siyahısını görəcəksiniz.

Müraciət etmək istədiyiniz xidməti, xidmət almaq istədiyiniz "ASAN xidmət" mərkəzini seçməlisiniz.

Seçdiyiniz mərkəzə nə zaman gələ biləcəyinizi (saat və günü) qeyd etməlisiniz.

Sonra ad, soyad və e-mail ünvanınızı daxil etməlisiniz.

E-mail ünvanınıza göndərilən təsdiqedici şifrəni müvafiq sahəyə daxil edirsiniz.

"Təsdiq" düyməsini basırsınız. Sonda sizin sifariş kodunuz qeyd olunacaq.

"Onlayn növbə"dən istifadə etmək üçün "ASAN xidmət" mərkəzinə qeyd etdiyiniz vaxtda (maksimum 15 dəqiqə keçənə kimi) sifariş kodunuzla birgə yaxınlaşmağı unutmayın.

15 dəqiqə keçənədək aktivləşdirilmədiyi halda, növbə avtomatik olaraq ləğv olunur.

Vətəndaş mərkəzə gəlmədən telefon vasitəsilə də (108 – “Çağrı” mərkəzi) növbə tuta bilər.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!