USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İKT sahəsində ən uğurlu qadınlara “AWITA 2017” mükafatlarını təqdim edilib -FOTOLAR

ASAN Radio xəbər verir ki, 26 yanvar tarixində Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən qabaqcıl və uğur qazanmış qadınlara “AWITA 2017” - The Women in IT Award mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən təşkil olunan mərasim özündə 300-ə yaxın peşəkarları və müxtəlif qonaqları birləşdirib.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta və onun həyat yoldaşı, Milli Məclisin deputatı Tahir Mirkişili və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu il yalnız kişilərdən ibarət olan və müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti 15 nominasiya üzrə qalibləri seçib. Belə ki, qaliblər aşağıdakı nominasiyalar üzrə seçiliblər:

 

İLİN İNNOVATORU — “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatının rəhbəri və təsisçisi Yana Krimpe;

 

İLİN TƏSİSÇİSİ, BAŞ İCRAÇI DİREKTORU VƏ YAXUD İT DİREKTORU —НР Azerbaijan şirkətinin rəhbəri İnara Quliyeva;

 

İLİN QADINI — “Iteca Caspian” şirkətinin satış departamentinin direktoru Rəna Abutalıbova;

 

İT SAHƏSİNDƏ İLİN QƏHRƏMANI — “Microsoft” şirkətinin marketinq üzrə regional meneceri Səbinə Pərvizi;

 

MÜNSİFLƏR HEYƏTİNİN SEÇİMİ – Azərbaycan Texniki Universitetinin şöbə müdiri Məsumə Məmmədova;

 

İLİN RƏQIMSAL LİDERİ — “Cybernet” şirkətinin layihələrin idarə edilməsi departamentinin rəhbəri Şəhla Məmmədova;

 

İLİN STARTAPI — “TechSOS” startapının həmtəsisçisi Aytac Ağabəyli;

 

İLİN PROQRAM TƏMİNATI — “Geotek BS” şirkətinin proqram təminatıçısı Nigar Hacıbabayeva;

 

İLİN TRANSFORMASİYASI — Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin departament rəhbəri Ulduzə Xəlilova;

 

İLİN PROQRAMÇISI — ULTRA Technologies şirkətinin proqramçısı Fidan Cəfərova;

 

İLİN SAHİBKARI — ULTRA Technologies şirkəti;

 

İT SAHƏSİNDƏ İLİN MÜƏLLİMİ – İKT üzrə Avropa liseyinin direktor müavini Rəhilə Əliyarzadə;

 

İT SAHƏSİNDƏ İLİN QRUPU/İT TƏHSİL PROQRAMI/İT TƏHSİL LAYİHƏSİ — WoWoman Tech Tech Xanim layihəsi;

 

UCAQAR BÖLGƏDƏ İT SAHƏSİNƏ VERİLƏN TÖHFƏ — Azərbaycan Respublikası Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinin informatika fənni üzrə müəlliməsi Şəhanə Bədəlova;

 

İT SAHƏSİNDƏ İLİN TƏLƏBƏSİ — ADA Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Elnarə Nəbiyeva.

 

Tədbirdə həmçinin Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən bütün tərəfdaşlar qeyd edilib, mərasimin təşkilində göstərdikləri dəstəyə görə müvafiq şəkildə Fəxri Diplomlarla təltif olunublar. Belə ki, mükafatlandırma mərasiminin aparıcısı, tanınmış şoumen, əməkdaş artist Murad Dadaşov Klubun Ən yaxşı dostu” seçilib. İnfocity jurnalının direktoru Dmitriy Adrianov isə “Ən yaxşı media tərəfdaş” adına layiq görülüb.

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tədbirin təşkilində göstərdikləri dəstəyə görə tərəfdaşların və sponsorların əməyini yüksək qiymətləndirir və tədbirdə bütün tərəfdaşlar və sponsorlar - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu, ADA Universiteti, Eurodesign, Fleuriste, Gazelli Group, Hillside wine, Goldenpay, Hewlett-Packard International Trade BV, Caspersky LAB, Lenovo, Microsoft Azərbaycan, Paramount Travel, R.I.S.K. Company, Safaroff Creative Agency, SAP, ULTRA Technologies, A+A Security, ASAN Radio, AzerTurkBank şirkətləri, Nuri Əhmədov, Ramin Musayev Fəxri Diplomla mükafatlandırılıblar.

 

“FEMMES DIGITALES” Klubu haqqında:

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!