USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Filmlərimiz Sofiyada nümayiş olunub

“Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin 16, 18, 27, 28 yanvar tarixlərində Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri keçirilib. 12-29 yanvar tarixlərində Sofia şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.

ASAN Radio xəbər verir ki, festival çərçivəsində yanvarın 16-da Azərbaycan filmi gecəsi təşkil olunub. Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər. Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edib.

Qeyd edək ki, Azərbaycan filmlərinin ilk dəfə iştirak etdiyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan Mirbala Səlimlinin “Qırmızı bağ” filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Xatırladaq ki, “Qırmızı bağ” bədii filmi həmçinin Qazaxıstan, Almaniya, Misir, Türkiyə və Banqladeşin beynəlxalq film festivallarında nümayiş olunub.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

“4.1 Şəhər Motivləri” kinoalmanaxının beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.

“Qonşu qadın” filminin ssenari müəllifləri - İradə Bağırzadə və Anar Abbasov, quruluşçu rejissoru - Anar Abbasov, quruluşçu operatoru - Aleksey Şepilevdir. Baş rolları Gülzar Qurbanova və Cavanşir Hadıyev canlandırırlar.

“Kədərim” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Rüfət Həsənov, quruluşçu operatoru - Mixail Belkin, bəstəkarı - Roman Şulqadır. Baş rolları Roman Şulqa, Əli Nəsib və Teymur Nadir canlandırırlar.

“Yuxarıda və aşağıda” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Timur İsmailov, quruluşçu operatoru - Nadir Mehdiyev, bəstəkarı – Gökhan Ceylandır. Baş rolları Eyvaz Əliyev, Namiq Ağayev və Arzu Əhmədov canlandırırlar. “Yuxarıda və aşağıda” filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi və quruluşçu rejissoru - Cəfər Axundzadə, quruluşçu operatoru - Əlişir Həmidhocayev, bəstəkarı – Rüstəm Zeynallıdır. Baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov və Dilarə Kazımova canlandırırlar. Film Didor Beynəlxalq Film Festivalının müsabiqə proqramında iştirak edib.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və İradə Bağırzadədir (Adari films).

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!