16/08/2018 04:59

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9254 0.0255 0.2621


Rəsmi

Azərbaycan Prezidenti: Bu il 42 min ictimai iş yeri açılacaq


31.01.2017   07:21


Bu il 42 min ictimai iş yeri açılacaq. ASAN Radionun məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı bildirib: "Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq".

İlham Əliyev əlavə edib ki, yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yeri açılacaq:

"Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq".




Xəbər lenti

15 Avqust













ASAN Radio telefonunuzda
Facebook