USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan-Qətər əlaqələri tərəfdaşlıq münasibətlərinə söykənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib, eyni zamanda, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir və iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanlar var. Dövlət başçısı bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib.

Qətərin xarici işlər naziri Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıb və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini deyib. Nazir Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirib. İqtisadi əməkdaşlığımıza toxunan qonaq Azərbaycan-Qətər Hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının konstruktiv şəkildə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Qətər arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani əlaqələrimizin bundan sonra da daim inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu deyib.

Dövlət başçısı öz növbəsində Qətərə səfərini səbirsizliklə gözlədiyini deyib və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Tani ilə şəxsi dostluq münasibətlərinin xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!