USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan "Eurovision-2017" müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

Kiyev şəhər administrasiyasında "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinallarının püşkatma mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, əvvəlcə keçən il müsabiqəyə ev sahibliyi edən Stokholmun meri Yeva-Luiza Erlandsson Slorah ev sahibinin rəmzi açarını Kiyevin meri Vitali Kliçkoya təqdim edib.

Azərbaycan püşk nəticəsində ilk yarımfinalın birinci hissəsində Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstriya ilə birgə çıxış edəcək.

İlk yarımfinalın ikinci hissəsində Kipr, Sloveniya, Ermənistan, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan, Polşa çıxış edəcəklər. Birbaşa böyük finala vəsiqə qazanan "böyük beşlik" ölkələrindən İtaliya, İspaniya və Böyük Britaniya bu yarımfinalda səs verəcəklər.

İkinci yarımfinalın birinci hissəsində Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, ikinci hissəsində isə İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç, Belarus çıxış edəcək. Bu yarımfinalda "böyük beşlik"dən Almaniya və Fransa, eləcə də bu il müsabiqəyə ev sahibliyi edəcək Ukrayna da səs verəcək.

Xatırladaq ki, "Eurovision-2017" müsabiqəsi Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.

Azərbaycanı müsabiqədə müğənni Diana Hacıyeva təmsil edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!